İngiltərə Premyer Liqasında 14-cü tur başa çatıb. Turun son matçında “Çelsi” “Vest Hem”i qəbul edib. Oyuna gözlənildiyi kimi meydan sahibləri daha yaxşı başlayıblar. 10-cu dəqiqədə hesab açılıb. Tyaqo Silva fərqlənib. İkinci hissədə təşəbbüsü əldən verməyən komanda daha 2 qol vurub. Temi Abraham dubl edib. 3 cavabsız qolla qalib gələn “Çelsi” 25 xalla 5-ci pilləyə yüksəlib.
“Börnli” - “Vulverhempton” matçında 3 qol vurulub. Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılıb. Meydan sahibləri fərqləniblər. 35-ci dəqiqədə Eşli Barns hədəfi dəqiq nişan alıb. İlk hissə “Börnli”nin minimal hesablı qələbəsilə yekunlaşıb. Təşəbbüsü əldən verməyən meydan sahibləri ikinci yarıda fərqi artırıblar. 51-ci dəqiqədə Kris Vud rəqib qapısına yol tapıb. “Vulverhempton” futbolçuları yalnız matçın sonlarında fərqlənə biliblər. Fabio Silva penaltini dəqiq yerinə yetirib. 2-1 hesabı ilə qalib gələn “Börnli” 13 xalla 16-cı pilləyə yüksəlib. “Vulverhempton” isə 20 xalla 11-ci yerdədir.